İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə millisi tarix yazdı: Adını A Liqasına yazdırdı

Türkiyə milli futbol komandası UEFA Millətlər Liqası Play-Off mərhələsinin cavab oyununda Macarıstanı səfərdə 3:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə UEFA Millətlər A Liqasında oynamaq hüququ qazandı.

Musavat.com xəbər verir ki, ay-ulduzlulara bu möhtəşəm qələbəni və A Liqasına vəsiqəni qazandıran qolları 37-ci dəqiqədə penalti zərbəsindən Hakan Çalhanoğlu, 39-cu dəqiqədə Arda Güler və 90-cı dəqiqədə Abdülkerim Bardakcı vurdu.

Macarıstanın paytaxtı Budapeştdə yerləşən Puşkaş Arena stadionunda baş tutan qarşılaşmanı Türkiyənin Gənclər və İdman Naziri Osman Aşkın Bak, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Ethem Hacıosmanoğlu, Macarıstan Futbol Federasiyasının prezidenti Şandor Çanyi, Türkiyənin Budapeştedəki səfiri Gülşən Karanis Ekşioğlu, TFF İdarə Heyətinin üzvləri və Macarıstan Futbol Federasiyasının rəhbərləri tribunadan izləyib.

İstanbulda keçirilən ilk oyunda da rəqibini 3:1 hesabı ilə məğlub edən Türkiyə millisi bu nəticə ilə tarixində ilk dəfə UEFA Millətlər A Liqasında mübarizə aparmaq hüququ qazandı. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR