İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Mərkəzi Bankı valyuta bazarında yarım milyard dollar satdı

Türkiyə Mərkəzi Bankı bu gün bazar tələbatını ödəmək və Mərkəzi Bankın iclası öncəsi lirəni dəstəkləmək üçün valyuta hərraclarında 500 milyon dollardan çox vəsait satıb.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg treyderlər arasında məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Lirə ABŞ dolları qarşısında son üç həftədir ki, ucuzlaşır. Bu gün ticarət zamanı 0,2 faiz dəyər itirərək 1 dollar 33,7529 lirəyə bərabər olub. Türkiyə Mərkəzi Bankının əsas faiz dərəcəsi ilə bağlı iclası avqustun 22-də baş tutacaq. Analitiklər hesab edirlər ki, iclasda faiz dərəcəsi illik 50 faiz səviyyəsində saxlanılacaq.

Avqustun əvvəlində tənzimləyicinin rəhbəri Fatih Karahan bildirmişdi ki, Mərkəzi Bank inflyasiyada sabit azalmaya nail olunana qədər məhdudlaşdırıcı pul siyasətini davam etdirəcək. Türkiyə Mərkəzi Bankı istehlak qiymətlərinin artımının 2024-cü ilin sonuna kimi 38 faizə, gələn il 14 faizə, 2026-cı ildə isə 9 faizə qədər yavaşlayacağını proqnozlaşdırır.

İyulda ölkədə illik inflyasiya 62 faizadən aşağı düşüb ki, bu da ötən ilin oktyabrından bəri ən aşağı səviyyədir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR