Onlayn ictimai-siyasi qəzet
Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 250 baza bəndi - 47,5 faizdən 45 faizə endirib.
Musavat.com xəbər verir ki, bu barədə tənzimləyicinin pul siyasəti komitəsinin bu il keçirilən ilk iclasının yekunları üzrə hesabatında məlumat açıqlanıb.
Türkiyə Mərkəzi Bankının qərarı analitiklərin əksəriyyətinin fikirləri ilə üst-üstə düşüb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, 2025-ci ildə ölkə hakimiyyəti əsas faiz dərəcəsini aşağı salacaq və bu, inflyasiyanın azalmasına kömək edəcək.
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ