İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə lirə ilə bağlı tarixi qərar ərəfəsində Mərkəzi Bank ortodoksal pul siyasətinə geri qayıdır?

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) yeni sədrinin səlahiyyət müddəti ərzində ilk faiz qərarını açıqlayacaq. TCMB-nin faizini 8,50%-dən 25%-ə yüksəldəcəyi proqnozlaşdırılır. Beləliklə, Türkiyə Mərkəzi Bankı 16,5 faiz bəndi artım edə bilər. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən Türkiyədə Mehmet Şimşəkin maliyyə naziri və Hafize Gaye Erkanın Mərkəzi Bankın sədri təyin edildikdən sonra bazarlarda ortodoks siyasətlərə (ənənəvi) dönüşün olacağı gözlənilir.

Prezident Rəcəb Tayyib Ərdoğan bu ay verdiyi açıqlamada Şimşəkin TCMB ilə atacağı addımları “qəbul etdiklərini” demişdi. Ərdoğan əvvəllər yüksək faizə qarşıdır, hesab edir ki, yüksək inflyasiyanın səbəbi yüksək faizlərdir. İqtisadi nəzəriyyə görə inflyasiya yüksək olan zaman Mərkəzi Bank faizlərini artırmalıdır. Beləliklə, Türkiyədə lirəyə təsir edəcək tarixi qərar gözlənilir.

İqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Türkiyə Mərkəzi Bankı sədrinin ilk pul-kredit siyasəti toplantısında uçot dərəcəsinin 8,5%-dən 25%-ə qaldırılacağı gözlənilir: “Xanım sədrin təkrar ortodoksal pul siyasətinə geri qayıdacağı ilə bağlı proqnozlar çoxluq təşkil edir. Fikrimcə, faiz dərəcəsi ilk toplantıda 18-20% civarında, daha sonra iyul ayında baş tutacaq növbəti toplantıda isə 25% yüksəldilə bilər. Bu artımın sonuncu olub-olmayacağı da sual altındadır, faiz dərəcəsinin il sonuna qədər 30%-i keçəcəyi də istisna edilmir. 2021-ci ildən etibarən Türkiyə sərt pul-kredit siyasətindən yumşaq pul-kredit siyasətinə keçid etdi. Bu qərar Mərkəzi Bankın deyil, məhz Türkiyə hakimiyyətinin qərarı idi. 2021-ci ilin sentyabrından etibarən faiz dərəcəsinin 19%-dən 8,5%-ə endirilməsinin ardından, türk lirəsinin ucuzlaşması sıx valyuta satışları ilə tarazlaşdırılmağa çalışıldı. İyunun 2-nə olan məlumata görə, Mərkəzi Bankın xalis valyuta ehtiyatları 5,7 milyard dollara qədər azalaraq tarixin ən aşağı səviyyəsindədir.

Azərbaycanda erməni pasportu ilə yaşayanlar cərimələnməlidir” -

Vüsalə Əhmədova

Görünən odur ki, Türkiyə hakimiyyəti ölkədə inflyasiya və cari kəsirin yüksək olduğu bir vaxtda yumşaq pul-kredit siyasətinin həyata keçirilməsinin təhlükəli addım olduğuna inandırılıb. Əslində yumşaq pul-kredit siyasətinin əsas məqsədi xarici sərmayəni ölkəyə cəlb etməkdir. Hazırkı vəziyyətdə tək hərəkətlə faiz dərəcələrini inflyasiya səviyyəsində yüksəltmək də risklidir. Bir anda faiz yüksəldilərsə, bu zaman da mövcud investorlar ölkəni tərk edərlər, tənəzzül başlaya bilər. Çünki xarici sərmayədarlar üçün əsas amil stabillikdir. Məsələn, uçot dərəcəsi ilk addımda 30-40% artırılarsa, kredit faizləri o cümlədən də, depozit faizlərində yüksəlmə baş verəcək. Həmçinin kredit kartı və overdraft hesablarının aylıq faizləri də bir anda yüksələcək. Bundan əlavə, avtomobil və ev kredit faizlərində də artım olacaq. Belə bir vəziyyətdə insanlar xərcləməyə deyil, daha çox yığıma meyl edirlər, tədavüldəki pul kütləsi azalır. Təbii ki, bu zaman bir müddət inflyasiyanın geriləməsi mümkündür. Ən optimal variant dediyim kimi, inflyasiyanı aşağı salana qədər faizlərin az-az artırılmasıdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR