Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Milli Kəşfiyyat İdarəsi daha bir PKK liderini zərərsizləşdirib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Bedirhan Abin adında olan PKK-çı "Darav Gevda" kod adı ilə tanınıb. O, İraqın şimalındakı Sincarda keçirilən əməliyyatda məhv edilib.
2011-ci ildə PKK sıralarına qatılan Abi təşkilat rəhbərliyi tərəfindən göndərildiyi Şırnak və Yüksekova bölgələrində terror fəaliyyətlərini davam etdirib. Türkiyədə olduğu müddətdə bəzi təhlükəsizlik qüvvələrinin şəhid olması ilə nəticələnən aksiyalara qatılıb.
Musavat.com
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ