İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə kəşfiyyatçıları PKK-nın uzun müddət izlənilən sözdə liderlərindən birini öldürüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada növbəti əməliyyat keçirib.

“Report” "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində axtarışda olan PKK\YPG-nin sözdə liderlərindən biri Yaşar Çekiki Tel Rıfat bölgəsində öldürülüb.

Məlumata görə, sözügedən terrorçu Türkiyə, İraq və Suriyada Türk təhlükəsizlik qüvvələrinə qarşı törətdiyi terror aktlarına görə Daxili İşlər Nazirliyinin Axtarılan Terrorçular Siyahısının qırmızı kateqoriyasında yer alırdı. O, həmçinin İnterpol tərəfindən də qırmızı bülletenlə axtarılırdı.

Qeyd edilib ki, Y.Çekik MİT-in prioritet hədəf siyahısında idi. Terrorçu uzun müddət idi izlənilirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR