İnsanlara hürriyət, millətlərə istiqlal!

2022-ci ildən bəri ilhaq olunmuş Krımda azı 44 nəfər ukrayna mahnılarına görə təqib olunub

2022-ci ilin fevralından bu günə qədər Rusiya və ilhaq edilmiş Krımda azı 44 nəfər ukrayna mahnılarını ifa etdiyinə və ya dinlədiyinə görə təqibə məruz qalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Sever.Realii” portalı məlumat yayıb.

Bu şəxslərdən ən azı 30-u Krımda yaşayır. Onlara qarşı əsasən orduya “hörmətsizlik”, “ekstremist simvolların nümayişi” və ya “xırda xuliqanlıq” maddələri üzrə inzibati protokollar tərtib olunub.

Bundan əlavə, ukrayna mahnılarına görə ən azı iki cinayət işi açılıb. Onlardan biri “saxta hərbi məlumatların yayılması” ittihamı ilə 2023-cü ildə Sankt-Peterburq politoloqu Yevgeni Bestujevə qarşı qaldırılıb. O, sosial şəbəkələrdə müharibə əleyhinə paylaşımlar və ukrayna dilində mahnıların yer aldığı videolar paylaşdığı üçün məhkəmə tərəfindən qiyabi şəkildə 5 il 3 ay ümumi rejimli koloniyada cəza alıb.

İkinci cinayət işinin fiquranti Bauman adına Moskva Dövlət Texniki Universitetinin müəllimi Aleksandr Nesterenko olub. Təhlükəsizlik orqanları onun “VKontakte” səhifəsində beş ukrayna mahnısı aşkarlayıb və İstintaq Komitəsinin “ekspertləri” bu mahnılarda “nifrət və ədavət salma əlamətləri” gördüklərini bildirib.

Bu siyahıya “Vopli Vidoplyasova” qrupunun “Ми ростем” (Biz böyüyürük) və Gordon Black-in “Запалимо з ранку — УКРАЇНА ПЕРЕМОЖЕ” (“Səhərdən alovlanacaq — UKRAYNA QƏLƏBƏ QAZANACAQ”) mahnıları daxildir.
Hazırda Nesterenko işi məhkəmədə baxılma mərhələsindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2025

04 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR