İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün atdığı addımları təqdir edir

“İsveç və Filnidiya NATO-ya daxil olmaq üçün tələb olunan üçtərəfli memorandumun həyata keçirilməsində müsbət addımlar atır”.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu cümə axşamı Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

Bu, Quranın yandırılması və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ünvanına edilmiş təhqirlər nəticəsində yaranan uzunmüddətli gərginlikdən sonra rəsmi Ankaranın Stokholm və Helsinkiyə verdiyi ilk müsbət qiymətdir.

“Biz üçtərəfli razılaşmanın yalnız tam icrasını gözləyirik. Onlar bu istiqamətdə müsbət addımlar atırlar. Biz bu prosesi izləməyə davam edəcəyik”, - TRT telekanalı Kalının sözlərindən sitat gətirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR