İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə Yunanıstan yaxınlaşır? - MÜHÜM və RƏSMİ AÇIQLAMA

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Türkiyə-Yunanıstan əlaqələri ilə bağlı qiymətləndirmələr edib.

Musavat.com xəbər verir ki, Türkiyədə baş verən zəlzələlərin böyüklüyünə diqqət çəkən Mitsotakis Türkiyə və Suriya xalqlarının yanında olmağı Yunanıstanın humanitar məsuliyyəti adlandırıb.

O qeyd edib ki, Afina insanları dağıntılar altından xilas etmək üçün ilk yardım göndərənlərdən olub.

Yunanıstanın Türkiyəyə dəstəyinin humanitar bir addım olduğunu deyən Mitsotakis bu dəstəyin xarici siyasət məqsədləri olmadığını qeyd edib.

"Türk xalqını yunan xalqından ayıran heç bir şey yoxdur. Biz qonşu ölkələrik, problemlərimizi sülh yolu ilə həll etməyi öyrənməliyik. Bu zəlzələ Yunanıstan və Türkiyə üçün münasibətlərini yenidən müəyyənləşdirməyə fürsət ola bilər. Bunu qiymətləndirmək bizim borcumuzdur, mənim şəxsi borcumdur” - Yunanıstanın baş naziri deyib.

Mitsotakis bildirib ki, böyük təbii fəlakətdən sonra Türkiyəyə Avropa səviyyəsində aktiv dəstək verilməsi zərurətini ilk ortaya qoyanlardan biri olub və Yunanıstanın bunun üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR