İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyə ilə sərhədlərin açılması Ermənistanın xeyrinədir" - Sukiasyan

"Türkiyə səmasının erməni təyyarələri üçün qapalı olması məsələsini ölkənin aviasiya səlahiyyətliləri avropalı və regional həmkarları ilə birlikdə həll etməlidir".

Bunu "Vətəndaş müqavilə”si fraksiyasının deputatı Xaçatur Sukiasyan jurnalistlərə verdiyi açıqlamada deyib.

Milyarder millət vəkili qeyd edib ki, o əvvəlki tək Ermənistan-Türkiyə sərhədlərinin açılmasının və iki dövlət arasında münasibətlərin normallaşmasının tərəfdarı olaraq qalır.

Qeyd edək ki, Sukiasyan ailəsinə məxsus “FlyOne” aviaşirkəti aprelin 29-dan etibarən İstanbul və bir sıra Avropa ölkələrinə uçuşlar həyata keçirə bilmir. Çünki Türkiyə Ermənistan təyyarələrinin öz hava məkanını keçməsini qadağan edib. Türkiyə həmçinin Ermənistanın baş naziri Nikol Paşinyana xidmət edən Air Force One üçün də hava məkanını bağlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR