İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə Azərbaycan Suriyada birgə HƏRƏKƏTƏ KEÇİR, Ərdoğandan Əliyevə QƏFİL zəng

“Ukraynada sülh üzrə danışıqlar 2025-ci ildə başlayacaq”. Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib.

“Ukraynadakı müharibə 2025-ci ildə ya sülh danışıqları, ya da tərəflərdən birinin məğlubiyyəti ilə yekunlaşacaq”.

Macarıstanın Baş naziri Viktor Orban da belə deyib. O Ukraynanın ərazisinin 20 faizini itirdiyini, milyonlarla qaçqınların olduğunu qeyd edib. Macar hökumət başçısının sözlərinə görə, adıçəkilən ölkə postmüharibə dövründə nə iqtisadiyyatının bərpasını, nə də digər zəruri işləri müstəqil şəkildə həyata keçirmək iqtidarında deyil. V. Orban siyasi karyerasında 2020-2024-cü illərdən daha mürəkkəb dövrü xatırlamadığını söyləyib, bu amili bəzi Qərb liderlərinin təhlükəli fikirlərə ortaq olması ilə əlaqələndirib:

“Qərb dünyasında hakimiyyətdə elə adamlar var ki, onlar öz ölkələrini müdafiə etməyə qadir olmayan təhlükəli ideyaları dəstəkləyir. 2020-ci ildə ABŞ-də keçirilən Prezident seçkisi Donald Trampı bu postdan məhrum etmək məqsədilə saxtalaşdırılmışdı. Başqa bir nümunə isə Almaniya və Fransa ilə bağlıdır. Almaniyanın ən sabit fikirli kansleri Angela Merkel vəzifədən getdi, Fransa isə özünün ən çirkin niyyətini göstərməyə başladı. Bundan sonra Avropa ilə Rusiya arasında münaqişə vəziyyəti yarandı. Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə ya Rusiyanın, ya da Ukraynanın məğlubiyyəti ilə başa çatacaq. Onu da əlavə edim ki, son 4 il siyasi karyeramın ən mürəkkəb dövrü oldu” – V. Orban belə deyib.

 TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Elşad Paşasoyla ilin hadisələrini dəyərləndirir.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR