İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyə ilə Avropa TOQQUŞACAQ, Ərdoğana qarşı birləşməliyik" - ŞOK ÇAĞIRIŞ

Fransız jurnalist Laurent Artur du Plessis canlı yayımında Türkiyə barədə etiraflar səsləndirib.

Musavat.com xəbər verir ki, Plessis maraq toqquşmasında sövdələşən Qərb ölkələrinə atdığı addımlarla meydan oxuyan Türkiyədən narahat olduğunu vurğulayıb.

Şərqi Aralıq dənizindəki hüquqlarından geri çəkilməyən Türkiyənin sərt mövqeyindən danışan Plessis bu ölkənin daxili hərbi gücünün böyüklüyünə diqqət çəkib.

0 - 2023-05-27T162201.381.jpg (71 KB)

“Ərdoğan Aralıq dənizi hövzəsini fəth etmək üçün döyüş donanması qurur. Bizim donanmamız isə acınacaqlı vəziyyətdədir” - deyən jurnalist Fransanın zəif vəziyyətdə olduğuna diqqət çəkib.

Plessis Aralıq dənizində iddia etdikləri haqlara görə Türkiyə qarşısında aciz olduqlarını etiraf edib:

“Avropa ölkələri ilə Türkiyə arasında toqquşma olacaq. Biz İspaniya, İtaliya və Yunanıstanla birlikdə Ərdoğanın ambisiyalarına qarşı “Latın qüvvəsi” yaratmalıyıq”.

Fransız jurnalist heç bir ölkənin təkbaşına qüdrətli Türkiyənin döyüş gücü ilə rəqabət apara bilməyəcəyini etiraf edib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR