İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə əleyhdarı alman siyasətçidən ŞOK ETİRAF

Almaniya Bundestaqının deputatı, Xristian-Demokrat siyasətçi Armin Laşet Almaniyadakı türk seçicilərin səslərinə hörmət edilməli olduğunu bildirib.

Musavat.com “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, o, bu sözlərini Federal Siyasi Təhsil Mərkəzinin (bpb) təşkil etdiyi toplantıda səsləndirib.

Həmin tədbirdə Türkiyədə keçirilən seçkilərin nəticələri və Türkiyə-Almaniya münasibətləri dəyərləndirilib. Burada Federal Siyasi Təhsil Mərkəzinin (bpb) direktorlarından Cemile Gousouf, Bundestaq üzvləri - Xristian-Demokrat partiyasından Armin Laşet, Sosial-Demokrat partiyasından Macit Karaahmetoğlu, Yaşıllar millət vəkili Canan Bayram, Azad Demokratların İdarə Heyətinin üzvü Dr. Anastasiya Vişnevskaya-Mann və Türkiyə üzrə ekspert Dr. Günter Söfert iştirak ediblər.

Armin Laşet prezident Rəcəb Tayyib Ərdoğanın həm Zelenski, həm də Putinlə görüşməsinə diqqət çəkərək, Türkiyənin açar ölkə olduğunu bəyan edib.

Aaxendən görüşə videokonfrans vasitəsilə qatılan Laşet Almaniyadakı türk seçicilərin səslərinə hörmət edilməli olduğunu bildirib.

Kansler Olaf Şoltsun yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanı təbrik etməsini və onu Almaniyaya dəvət etməsini doğru qərar kimi xarakterizə edən Laşet Türkiyənin mühüm nailiyyətlərinin olduğunu ifadə edib. NATO-nun tərəfdaşı və Avropa üçün mühüm ölkə olduğunu söyləyib.

Armin Laşet Almaniyanın bəzi kəsimlərinin Türkiyədəki seçkilərdə istədikləri namizədin lehinə açıq fikir bildirməsini tənqidlə qarşılayıb. “Lakin Türkiyə müxalifətinin seçkilərə qədər 10 milyon qaçqını deportasiya edəcəyi ilə bağlı açıqlamalarına məhəl qoyulmadı”, - deyə Laşet qeyd edib.

Onun sözlərinə görə, prezident Ərdoğanın son dövrlərdə İsraillə münasibətləri yaxşılaşdırmaq səyləri də dəstəklənməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR