İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə bu ölkədə PUA istehsal edəcək

Türkiyə 2024-cü ildə "Anka" pilotsuz uçuş aparatlarının Qazaxıstanda istehsalına başlayacaq.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Turkish Aerospace” şirkətinin nümayəndəsi Erol Oğuz məlumat verib.

Onun sözlərinə görə, hazırda investisiyaların həcmi ilə bağlı məsələ üzərində iş aparılır.

Oğuz vurğulayıb ki, onların məqsədi təkcə Qazaxıstanda pilotsuz uçuş aparatlarının istehsalını qurmaq deyil, həm də bu sahədə təcrübələri qazaxıstanlı mütəxəssislərə ötürməkdir.

Nəşr xatırladır ki, Türkiyənin "Anka" PUA-larının Qazaxıstanda istehsalının təşkili ilə bağlı müzakirələr bir neçə ildir ki, davam edir.

Qeyd edək ki, 10 may 2022-ci il tarixində Ankarada “Kazakhstan Engineering” ASC ilə "Turkish Aerospace" arasında memorandum imzalanıb.

Sənədə əsasən, Qazaxıstanda “Kazakhstan Engineering” törəmə şirkətinin bazasında "Anka" pilotsuz uçuş aparatları üçün montaj və texniki xidmət xətti təşkil ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR