İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp bu türk respublikasına 25 faizlik əlavə rüsum tətbiq etdi: üstəlik prezidentinə də məktub yazdı

ABŞ prezidenti Donald Tramp Qazaxıstan və Malayziyadan idxal olunan mallara 25 faiz, Cənubi Afrikadan 30 faiz, Laos və Myanmadan idxal olunan mallara isə 40 faiz rüsum tətbiq edilməsi barədə xəbərdarlıq məktublarını dərc edib.

Musavat.com xəbər verir ki, onun Truth Social hesabında yerləşdirilən məktublardan aydın olur ki, qərar avqustun 1-dən qüvvəyə minir.

Trampın Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə ünvanlanmış məktubunda bildirilir: “Mən sizə bu məktubu göndərməkdən şərəf duyuram, çünki bu, ticarət əlaqələrimizin möhkəmliyini və ABŞ-ın böyük ölkənizlə əhəmiyyətli ticarət kəsiri olmasına baxmayaraq, Qazaxıstanla işləməyə davam etməyə hazır olduğunu nümayiş etdirir”.

Tramp məktubunda qeyd edib ki, ABŞ və Qazaxıstanın ticarət əlaqələrini müzakirə etmək üçün illər var, lakin indi Vaşinqton “uzunmüddətli kəsirlərlə” mübarizə aparmağı vacib hesab edir. 

f38ea13b-956a-44c5-9a58-d6b02dad3fb2.jpeg (61 KB)

Tramp vəd edir ki, Qazaxıstan və ya Qazaxıstan şirkətləri ABŞ-da məhsul istehsal etməyə qərar verərsə, heç bir rüsum olmayacaq. Belə olan halda, Amerika tərəfi razılıq prosesinin tez, peşəkar və ləngimədən - başqa sözlə, bir neçə həftə ərzində həyata keçirilməsi üçün mümkün olan hər şeyi etməyə razıdır: "Hər hansı səbəbdən rüsumlarınızı qaldırmaq qərarına gəlsəniz, həmin qədər rüsum tətbiq etdiyimiz 25 faizə əlavə olunacaq. Xahiş edirəm, bu rüsumların Qazaxıstanın tarif və qeyri-tarif siyasəti nəticəsində yaranan uzunmüddətli disbalansı aradan qaldırmaq üçün zəruri olduğunu anlayın. Bu davamlı ticarət kəsirləri iqtisadiyyatımıza və əslində, milli təhlükəsizliyimizə ciddi təhlükə yaradır!".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR