İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə Ukraynanın bərpası üçün 5 milyard frank ayırır

İsveçrə, Ukraynanın bərpası üçün 2036-cı ilə qədər 5 milyard İsveçrə frankı ayırmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu qərar, 2024-cü ilin aprelində İsveçrə Federal Şurası tərəfindən qəbul edilib və ölkənin beynəlxalq əməkdaşlıq büdcəsindən ilk mərhələdə 1,5 milyard frankın ayrılmasını nəzərdə tutur.

İsveçrə hökuməti, Ukrayna ilə əməkdaşlığı gücləndirmək məqsədilə özəl sektorun iştirakını da təşviq edir. 2025-ci ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində İsveçrə və Ukrayna arasında birgə layihələrin həyata keçirilməsi üçün Anlaşma Memorandumu imzalanıb. Bu çərçivədə, İsveçrə şirkətlərinin Ukraynada həyata keçirəcəyi layihələrə 50 milyon frank ayrılması planlaşdırılır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR