Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi “Sputnik Azərbaycan”ın jurnalistləri İqor Kartavıx və baş redaktoru Yevgeni Belousovun həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilmiş şikayətini təmin etməyib.
Bu barədə məlumatı RIA Novosti Sputnik redaksiyasına istinadla yayıb. Bildirilir ki, bu gün keçirilən məhkəmə iclasında vəkillərin apellyasiya şikayətləri araşdırılsa da, birinci instansiya məhkəməsinin həbslə bağlı çıxardığı qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, sözügedən jurnalistlər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və barələrində həbs qətimkan tədbiri seçilmişdi. Hazırda onların işləri üzrə istintaq tədbirləri davam edir.
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ