İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə bu il ən çox Rusiyadan mal alıb

Türkiyənin idxalında Rusiya birinci oldu

Rusiya Türkiyəyə ixracat həcminə görə ölkələr arasında birinci yeri tutub. Bu barədə Türkiyənin Dövlət Statistika İdarəsi (TÜİK) məlumat yayıb.

Məlumatdan aydın olur ki, bu ilin yanvar-iyul aylarında Rusiya Federasiyasından idxal 28,38 milyard dollar təşkil edib. Rusiyadan sonra Çin (26,84 milyard dollar), Almaniya (16,27 milyard dollar), İsveçrə (14,24 milyard dollar) və ABŞ (9,14 milyard dollar) gəlir. Bu ölkələrdən idxal ümumi həcmin 43,8 faizini təşkil edib. Rusiyanın payı isə 11,3 faiz təşkil edir.

Bu arada, iyul ayında Rusiya Türkiyəyə ixrac həcmində Çindən geri qalıb. Belə ki, həmin ay Çin Türkiyəyə 4,6 milyard dollar, Rusiya isə 3,65 milyard dollar dəyərində mal və xidmət tədarük edib.

Yanvar-iyul, eləcə də ayrıca iyul ayları üzrə ixrac statistikasında Almaniya 12,5 milyard dollarla (iyulda 1,67 milyard dollar) liderlik edir. Ondan sonra ABŞ (yeddi ay ərzində 8,48 milyard dollar), İtaliya (7,26 milyard dollar), Böyük Britaniya (6,95 milyard dollar) və İraq (6,64 milyard dollar) gəlir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR