Onlayn ictimai-siyasi qəzet
Türkiyə BRİKS-ə qoşulmaq istəyir və bu məsələni assosiasiya ölkələrinin Nijni Novqorod sammitində müzakirə etmək niyyətindədir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
“Əlbəttə, biz BRİKS-ə üzv olmaq istərdik. Gəlin, görək bu il hər şey necə olacaq”, – Türkiyənin xarici işlər naziri Pekində Çin və Qloballaşma Mərkəzinə (CCG) səfər edərkən bildirib.
Fidan BRİKS ölkələrinin xarici işlər nazirlərinin Nijni Novqorodda iyunda keçirilməsi planlaşdırılan görüşündə də iştirak etmək niyyətində olduğunu bildirib. Nazir izah edib ki, bu sammitdə Türkiyənin assosiasiyaya qoşulması məsələsini müzakirə etmək istəyir.
Oktyabrda BRİKS üçün ilin əsas hadisəsi - assosiasiyanın Kazanda keçiriləcək 16-cı sammiti baş tutacaq.
Bundan əvvəl Tailand ölkənin BRİKS-ə üzv olmaq niyyəti ilə bağlı layihəni təsdiqləyib.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ