İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə boğazlardan keçid haqqını 5 dəfə artırır

Oktyabrın 7-dən etibarən Türkiyə Bosfor və Dardanel boğazlarından keçən ticarət gəmilərindən keçid haqqını 5 dəfə artıracaq. Musavat.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu, Türkiyənin boğazlardan topladığı keçid haqqından gəlirlərinin 40 milyon dollardan 200 milyon dollara qədər artmasını təmin edəcək.

Qəzetin Türkiyə Nəqliyyat Nazirliyindəki mənbəyə istinadən yazdığına görə, Montrö konvensiyasında mayaka, tibbi xidmətə, ticarət gəmilərinin təxliyəsinə görə alınan haqqın artırılması nəzərdə tutulur.

“Sabah” yazır ki, 1983-cü ildən tətbiq olunan keçiş haqqının hesablanması qaydasının dəyişməsi nəticəsində Türkiyənin 39 ildir üzləşdiyi ədalətsizlik aradan qaldırılacaq. Belə ki, Montrö konvensiyası imzalanan zaman keçiş haqqının dəyəri o zaman 0,8 dollar dəyəri olan Fransa frankına bağlanıb. Ondan bəri baş verən inflyasiya və qızılın qiymətinin artması nəticəsində ödənilən keçiş haqqı faktiki olaraq simvolik həddə düşüb. Buna görə də Türkiyə hökuməti konvensiyada nəzərdə tutulan hüququndan istifadə edərək keçid haqqını frankın indiki məzənnəsinə uyğunlaşdırmaqla 5 dəfə artırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR