İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Azərbaycan tandeminin sülh epoxası Ermənistan və Qarabağ üçün milli intihardır - Abovyan

“Türkiyə-Azərbaycan tandeminin və dünya ictimaiyyətinin təklif etdiyi sülh epoxası əslində Ermənistan və Qarabağ üçün milli intihardır”.

Konkret.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının üzvü Arman Abovyan jurnalistlərə açıqlamasında deyib.

“Fransa və amerikalıların ATƏT-in Minsk Qrupunu diriltmək cəhdləri, şübhəsiz ki, erməni tərəfinin maraqlarından irəli gəlir. Lakin Qərb “moderatorlarının” bu addımı ilk növbədə regiondakı geosiyasi vəziyyətlə bağlı öz maraqlarını qorumaqdan irəli gəlir. Əlbəttə ki, bu, heç bir halda bu prosesin Ermənistan və Qarabağ üçün böyük əhəmiyyətini azaltmayacaq.

Burada sual başqadır. Əgər erməni tərəfi Türkiyə-Azərbaycan “terror” tandemi ilə türkyönümlü “sülh epoxası” oynamağı dayandırmasa, erməni maraqları olmayacaq və o zaman bizim maraqlarımızı heç kim müdafiə etməyəcək. Hazırda bu proses baş verir.

Təbii ki, Türkiyə-Azərbaycan tandeminin və dünya ictimaiyyətinin təklifi ilə Ermənistan hakimiyyətinin bu gün bölgədə təbliğ etdiyi formada “sülh epoxası” əslində Ermənistan və Qarabağ üçün milli intihardır”, – deyə Abovyan sərsəmləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR