İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ali Məhkəməsinin baş prokuroru: "Azərbaycan acı günümüzdə öz qardaşlığını göstərdi"

"Türkiyədə baş verən zəlzələ olayında millətimizin yanında olan Azərbaycan xalqına və Prezidentinə çox təşəkkür edirik".

Bu sözləri Türkiyə Ali Məhkəməsinin baş prokuroru Ridvan Gündoğlu Musavat.com-un əməkdaşına açıqlamasında deyib. Baş prokuror Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayaraq, qeyd edib: "Belə bir söz var - dost acı gündə tanınar. Azərbaycan da acı günümüzdə öz dostluğunu, qardaşlığını nümayiş etdirdi, göstərdi. Bu acını təkbaşına çəkmək çox ağırdır, amma qardaş, dost ölkələrin yardımı ilə bu fəlakətin öhdəsindən birgə gələcəyik".

Baş prokuror Azərbaycanı, Bakını çox sevdiyini və işğaldan azad olunan Qarabağa getmək istədiyini də deyib:

"Bakı həqiqətən də çox gözəl, təmiz şəhərdir. Şəhidlər Xiyabanında olmuşam, amma təəssüf ki, hələ Qarabağı görməmişəm. Arzulayıram ki, Qarabağa da gedim. Qarabağ məsələsi təkcə Azərbaycanın deyil, Türkiyənin məsələsidir. Çox istərdik ki, Zəngəzur dəhlizi açılsın".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR