İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Afrika ölkələrinin problemini belə həll edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya kənd təsərrüfatı məhsullarının Afrikanın yoxsul ölkələrinə pulsuz çatdırılması planlarının olmasını təsdiqləyib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, dövlət başçısı gənclərlə görüşdə hazırkı vəziyyətin Ukraynadan taxıl ixracı ilə tarazlaşdırmaq mümkün olacağını bildirib.

Prezidentin sözlərinə görə, onlara ehtiyacı olan Afrika ölkələri ümumi ixrac həcminin 14 %-ni təşkil edir:

“Türkiyə, sayəsində taxıl dəhlizinin yaradılması məsələsinin həll olunduğu ölkəyə çevrilib, lakin bizim missiyamız burada tamamlanmayıb. Məqsədimiz Putinin yoxsullara göndərməyi təklif etdiyi Rusiya taxılını emal etmək və onları ehtiyacı olan Afrika dövlətlərinə çatdırmaqdır. Bu günə qədər kənd təsərrüfatı məhsullarının 44 %-i Avropaya, 14 %-i isə Afrikaya göndərilib. Cavabımızı yoxsul Afrika ölkələrinə tədarükü tarazlaşdırmaqla verəcəyik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR