İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkiyə, 200 milyon dünya türklərinin göz dikdiyi bir mərkəzdi, Vətəndi, Turandı!" - Rauf Arifoğlu - VİDEO

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavat-ın canlı efirində aparıcı Sevinc Telmanqızının qonağı olub.

Musavat.com xəbər verir ki, Rauf Arifoğlu qardaş Türkiyədə baş verən zəlzələdən danışıb. 

"Azərbaycan üçün, Türkiyə üçün, Türk dünyası üçün sınaq günləridir. Türkiyəmiz üçün keçmiş olsun. Həlak olanlara Allah rəhmət etsin, ailələrinə başsağlığı veririk. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və "hər cür dəstəyə hazırıq" deyib. İnanın ki, bunu sıra nəfərimizə qədər hamımız deyirik. Mən daxil, siz daxil, media qrupumuz, vətəndaşlarımız daxil. Hamımız deyirik ki, Türkiyəmiz üçün hər şeyə hazırıq",- Rauf Arifoğlu deyib.

Ətraflı videoda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR