İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkçülüklə bağlı kitab nəşr olunacaq - Nəsib Nəsibli

Sentyabrın 20-də professor Nəsib Nəsiblinin təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində Birinci Türkçülük seminarı keçirilib. Seminarda Azərbaycan və Türkiyə alimlərinin məruzələri dinlənilib.

Musavat.com-a açıqlama verən Nəsib Nəsibli bildirib ki, türkçülük çox geniş mövzu olduğu üçün davamlı müzakirə edilməsinə edilməsinə ehtiyac var.

Professor bildirib ki, toplantıda türk millətinin əsas problemləri müzakirə olunub:

"İlk növbədə milli fikirdə bir neçə adın olması ilə bağlı müzakirə apardıq. Tarix şüurunun bugünkü vəziyyəti ilə bağlı Cəfər Cəfərli maraqlı məruzə etdi. Eyni zamanda millət qurucularının yaratdığı mirasın mənimsənilməsi, türkçülüyün İslama münasibəti, Turançılığın mahiyyəti və s. barədə məruzələr oldu. Professor Ədalət Tahirzadənin "Bir daha millətimizin və dilimizin adı haqqında" məruzəsi maraqla qarşılandı. Yeri gəlmişkən, məruzələrin kitab şəklində nəşri də nəzərdə tutulub. Növbəti seminar dil və təhsil məsələlərinə həsr olunacaq. Türkçülük və azərbaycançılığın fərqli və oxşar tərəflərini də müzakirə etməyi planlaşdırırıq".

N.Nəsibli ADPU-a seminarın təşkil edilməsində dəstəyə görə təşəkkür edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR