Onlayn ictimai-siyasi qəzet
Türkiyə müdafiə sənayesinin güc simvollarından biri olan ANKA-3 insansız savaş təyyarəsi uğurla sınaqlardan keçərək səma ilə ilk görüşünü reallaşdırdı.
Musavat.com xəbər verir ki, TUSAŞ tərəfindən layihələndirilən və inkişaf etdirilən bu qabaqcıl hava platforması, Türk mühəndis ağlının və texnologiyasının zirvə nümunəsi kimi tarixə düşür.
Görünməz, sürətli və ölümcül — ANKA-3 gövdə içi silah sistemləri, turbofan mühərriki və radara yaxalanmayan “uçan qanad” dizaynı ilə gələcəyin döyüş konsepsiyasını bu gündən gerçəkləşdirir. 2023-cü ildə ilk mühərrik sınağını keçən ANKA-3, 28 dekabrda ilk uçuşunu uğurla tamamlayaraq yeni bir dövrün başlanğıcını qoydu.
7 tonluq uçuş çəkisi, 40.000 feet yüksəkliyə qalxma, 0.7 Mach sürət, 10 saat havada qalma və 1400 kq mühimmat daşıma qabiliyyəti ilə ANKA-3 həm hava-hava, həm də hava-yer missiyalarını dəqiqliklə və sürətlə yerinə yetirə bilir. Təxminən 17 metr uzunluğa və 8 metr qanad açıqlığına sahib bu texnoloji möcüzə, eyni zamanda kəşfiyyat, müşahidə və dəqiq hücum əməliyyatları üçün də ideal vasitədir.
Türkiyə təkcə özünün deyil, bütün Türk Dünyasının qüruruna çevrilmişdir. ANKA-3, texnoloji müstəqilliyin və milli gücün rəmzi olaraq, dostlara güvən, düşmənə isə xəbərdarlıq mesajı verir.
Bu uğurla Türk müdafiə sənayesi yalnız bölgəyə deyil, dünyaya da meydan oxuyur!
Musavat.com
26 Mart 2025
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ