Onlayn ictimai-siyasi qəzet
Türkiyəli müğənni Rza Tamer bu gün Bakıda keçirilməsi planlaşdırılan konsertinin gözlənilmədən ləğv edildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, sənətçi bu barədə rəsmi sosial media hesablarında paylaşım edərək, tədbirin baş tutmama səbəbi kimi Türkiyə lirəsinin Azərbaycanda keçərli olmamasını göstərib:
"Bir gün əvvəldən gəzmək üçün Bakıya gəldim. Məni çox gözəl qarşıladılar, gözəl davrandılar. Azərbaycanlılar çox yaxşı insanlardır. Amma konsertimi ləğv etmək qərarına gəldim. Çünki Türkiyə lirəsinin keçərli olmadığı heç bir ölkədə konsert vermək istəmirəm. Eləcə də Avropada konsert turuna hazırlaşırdım, lakin həmin konsertləri də ləğv edirəm. Çünki orada da Türkiyə lirəsi keçərli deyil".
Xalidə Gəray,
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ