İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk ordusu 72 saata Tel-Əvivə girər! – CNN Türk yayımında partlayan iddia - ŞOK VİDEO

Türkiyənin tanınmış siyasi analitiklərindən biri olan Hakan Bayrakçı CNN Türk kanalının canlı yayımında İsrail-Türkiyə münasibətləri və regionda baş verən son siyasi hərəkətliliklə bağlı çox iddialı və rezonans doğuran açıqlama verib.

Musavat.com xəbər verir ki, Bayrakçının sözlərinə görə, İsrail regionda yalnız bir dövlətdən çəkinir, o da Türkiyədir. Onun fikrincə, bu qorxu o qədər güclüdür ki, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampdan Türkiyəyə qarşı birbaşa müdafiə istəmiş və bu məqsədlə Ağ Evə üz tutmuşdur.

Hakan Bayrakçının bu iddiası studiyada və sosial medianın Türkiyə seqmentində gündəmin əsas mövzusuna çevrilib.

Musavat.com bildurir ki, söz konusu dialoq Tramp və Netanyahunun Ağ Evdəki görüşündən sonra yayımlanıb. Həmin görüşdə Tramp jurnalistlərin qarşısında Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi sevgi ilə yanaşdığını, onun Suriya siyasətində böyük uğurlar qazandığını və Türkiyə ilə münasibətləri pozmaq istəmədiklərini açıq şəkildə bəyan edib.

Bayrakçı isə bu açıqlamaları subliminal mesaj kimi şərh edərək bildirib ki, Tramp Netanyahunu Türkiyə ilə bağlı ağıllı və ölçülü olmağa dəvət edib.

Musavat.com xəbər verir ki, Hakan Bayrakçının “Türk ordusu 72 saata Tel-Əvivə girər” fikri həm Türkiyə, həm də region mətbuatında güclü effekt yaradıb. Mətbuat nümayəndələri və ictimai şərhçilər bu fikri geosiyasi xəbərdarlıq, bəziləri isə populist ritorika kimi dəyərləndiriblər.

CNN Türk yayımında səsləndirilən bu fikri izləmək üçün Musavat.com verilişdən bir parçanı təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR