Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Milli Kəşfiyyat Akademiyası 2025-ci ilin iyun ayında İran və İsrail arasında baş vermiş silahlı qarşıdurmanın nəticələrinə dair analitik hesabat yayımlayıb.
Hesabatda gələcək münaqişələrə hazırlıq məqsədilə bir sıra prioritet istiqamətlər müəyyən olunub.
Musavat.com xəbər verir ki, sənəddə Türkiyənin təhlükəsizlik strategiyasının əsas istiqamətləri kimi aşağıdakılar göstərilib:
▪️ Çoxsəviyyəli hava hücumundan müdafiə sistemlərinin inkişafı
Xüsusilə alçaq hündürlükdə müdafiənin zəif olduğu vurğulanaraq, bu sahəyə xüsusi diqqət ayrılması tövsiyə olunur.
▪️ Erkən xəbərdarlıq və sığınacaq sistemləri
Hesabatda böyük şəhərlərdə və strateji obyektlərdə erkən xəbərdarlıq infrastrukturunun yaradılması və sığınacaqların inşası zəruri hesab olunur.
▪️ Milli birliyin möhkəmləndirilməsi
Türkiyənin mümkün xarici təhdidlərə qarşı daha dayanıqlı olması üçün sosial həmrəyliyin və daxili birliyin gücləndirilməsi tövsiyə edilir.
▪️ Radioelektron mübarizə (REM) və pilotsuz uçuş aparatlarına (PUA) üstünlük verilməsi
Sənəddə qeyd olunur ki, İranın ənənəvi silahları İsrailin dronlar və REM texnologiyaları qarşısında kifayət qədər effektli olmayıb. Bu baxımdan, Türkiyəyə bu sahələrə investisiyaların artırılması tövsiyə olunur.
▪️ Hipersəs raketləri təhdidi
İsrailin güclü hava müdafiə sistemləri belə hipersəs silahlarının zərbələrini tam qarşısını ala bilməyib. Türkiyəyə bu növ təhdidlərə qarşı müdafiə vasitələrinin hazırlanmasını sürətləndirmək tövsiyə olunur.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ