İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Hulusi Kılıç ilə görüşüb

Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Aktotı Raimkulova Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç ilə görüşüb.

Türk Mədəniyyəti və İrsi Fondunun Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata əsasən, görüşdə Fondun prezidenti Aktotı Raimkulova Türkiyə Respublikasını quruluşunun 100-cü ildönümü şərəflə tamamlaması münasibətilə təbrik edib.

O, həmçinin, cari il ərzində Türk Dünyasında təntənəli qeyd olunan əlamətdar yubileylər sırasında müasir müstəqil Azərbaycan dövlətinin banisi ümummili lider Heydər Əliyevin 100 illiyini vurğulayıb.

Görüşdə Hulusi Kılıç Aktotı Raimkulovanı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması münasibətilə təbrik edib. O, Fondu Türk dünyasının maddi-mədəni irsinin qorunması və dünyada tanıdılması yönündə önəmli platforma kimi dəyərləndirib.

Görüş tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadilələri ilə davam edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR