İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Hava Yolları yüzlərlə təyyarə alır

Türk Hava Yolları inkişaf strategiyası çərçivəsində təyyarə istehsalçıları “Airbus” və “Boeing” ilə onlardan 235 təyyarə almaq üçün danışıqlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin milli aviadaşıyıcısının İdarə Heyətinin sədri Əhməd Bolat məlumat açıqlayıb.

O, İstanbulda “Airbus” və “Rolls-Royce” nümayəndələrinin iştirak etdiyi görüşdə deyib:

“Biz “Airbus” və “Boeing” ilə 235 təyyarə üçün danışıqlar aparırıq”.

Türk Hava Yollarının on illik inkişaf planı şirkətin donanmasının 600-ə yaxın təyyarə ilə artırılmasını nəzərdə tutur. 2023-cü ilin dekabrında Türk Hava Yolları “Airbus” ilə Avropa istehsalçısından 70 milyard dollar dəyərində 355 təyyarə (A312 Neo, A350-900, A350-1000, A350F) almaq üçün müqavilə imzaladığını elan edib.

Türk Hava Yolları hazırda 440 əsasən yeni nəsil təyyarələrdən ibarət donanmaya malikdir (“Airbus” və “Boeing”). Şirkət dünyanın aparıcı aviadaşıyıcılarından biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR