İnsanlara hürriyət, millətlərə istiqlal!

Taliban rəsmisi Trampa cavab verdi: Biz xuliqanlardan qorxmuruq  

Talibanın Baş Qərargah rəisi Fəsihəddin Fitrət ABŞ prezidenti Donald Trampın Baqram hava bazasını ABŞ nəzarətinə qaytarmaq tələbinə cavab verib.

Musavat.com
“Bloomberg” agentliyinə istinadən xəbər verir ki, o, Əfqanıstanın “tamamilə müstəqil” olduğunu vurğulayıb:

"Əfqanıstana öz xalqı rəhbərlik edir və heç bir xarici dövlətdən asılı deyil. Biz heç bir xuliqandan və təcavüzkardan qorxmuruq".

Xatırladaq ki, Tramp bu yaxınlarda bəyan edib ki, ölkəsi ABŞ qoşunlarının 2021-ci ildə geri çəkildiyi Əfqanıstandakı Baqram aviabazasına nəzarəti bərpa etməyə çalışır. O, bildirib ki, Əfqanıstan dərhal bazanı verməsə, ABŞ addımlar atacaq.

Donald Trampın sözlərinə görə, Baqram aviabazası Çinin nüvə silahı istehsalı müəssisəsindən “bir saatlıq məsafədədir”.

BBC-nin məlumatına görə, Trampın dəqiq nəyi nəzərdə tutduğu aydın deyil. İyul ayında BBC Verify araşdırması göstərib ki, nüvə sınaq sahəsi Çinin şimal-qərbində təxminən 2000 km (1243 mil) uzaqlıqda yerləşir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR