Onlayn ictimai-siyasi qəzet
Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın 2023-cü ilin dekabrında Moskva vilayətində qətlə yetirilməsində iştirakda ittiham olunan biznesmen Arayik Əmirxanyan özünü günahsız hesab etdiyini bildirib.
Musavat.com TASS-a istinadla xəbər verir ki, bu barədə o, Moskva vilayət məhkəməsində danışıb.
Əmirxanyanın sözlərinə görə, ittihamlar qurmadır və həbsxana yoldaşının məcburi ifadəsinə əsaslanır.
Sergiyevo-Posad məhkəməsi sentyabrın əvvəlində Arayik Əmirxanyanı noyabrın 2-dək həbsdə saxlamaq barədə qərar qəbul edib. Hazırda o, SİZO-2 “Butırka” istintaq təcridxanasında saxlanılır.
Qeyd edək ki, İlya Kiva Ukraynanın tanınmış siyasətçilərindən olub. O, bir müddət daxili işlər orqanlarında çalışıb, daha sonra Ukrayna Ali Radasının deputatı seçilib. Kiva millətçi baxışları ilə tanınıb, sonrakı illərdə isə açıq şəkildə rusiyayönümlü mövqeyi ilə gündəmə gəlib və müharibədən sonra Moskvaya köçüb.
O, 2023-cü ilin dekabrında Moskva vilayətində naməlum şəxslər tərəfindən odlu silahla vurularaq qətlə yetirilib. Rusiya istintaq orqanlarının məlumatına görə, Kiva avtomobilində olarkən pusquya salınıb və hadisə yerində ölüb.
Musavat.com
23 Sentyabr 2025
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ