İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada vəhşi edam: HƏMAS üç nəfəri güllələdi - ANBAAN VİDEO (24+)

HƏMAS Qəzza şəhərində üç nəfərin edamını əks etdirən kadrlar yayıb.

Musavat.com xəbər verir ki, videoda şübhəlilərin “İsraillə əməkdaşlıqda” ittiham olunaraq küçədə güllələndiyi görünür.

Görüntülərdə məhkumların gözləri qapadılmış, əlləri arxadan bağlanmış vəziyyətdə olduğu, ətraflarının silahlı şəxslərlə çevrildiyi əks olunub. Ardınca onlara atəş açılır və edam həyata keçirilir. Hadisəni izləyən kütlənin də kadrda olduğu müşahidə edilir.

Müstəqil mənbələr hələlik məhkumların kimliyini, ittihamların doğruluğunu və edam qərarının hansı hüquqi prosedur əsasında verildiyini təsdiqləməyib. Eyni zamanda videonun çəkildiyi dəqiq vaxt və məkan barədə də rəsmi məlumat yoxdur.

İsrailin Qəzzaya qarşı həyata keçirtdiyi qeyri -insanı və faciəvidir. Lakin HƏMAS-ın da bu cür hərəkətləri vəhşicədur.

Bəlkə də bu insanlar günahsız idilər və yalnız şübhə əsasında həyatları heyvanca əllərindən alındı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR