İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dünyasının rifahını yüksəldəcək Bəyannamə imzalanıb

“Türk dünyasının rifahını yüksəldəcək və əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq”.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitterdə yazıb.

“Davamlı hala gətirəcəyimiz bu mexanizmlə konkret layihələr həyata keçirəcəyik”, - o vurğulayıb.

xxx

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan Respublikası xarici işlər, ticarət-iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilir.

Musavat.com “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan XİN məlumat yayıb.

Üçtərəfli görüşdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil edirlər.

xxx

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərinə yola düşüb.

Musavat.com xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Səfərdə məqsəd Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə iştirak etməkdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR