Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa Almaniya kansleri Olaf Şoltsun Rusiyanın orta mənzilli “Oreşnik” raketlərindən istifadəsi ilə bağlı "dəhşətli eskalasiya" barədə açıqlamasını şərh edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, o, Şoltsun Moskvanın hərbi potensialını düzgün qiymətləndirdiyini bildirib.
Çepanın sözlərinə görə, Şolts münaqişənin nə qədər təhlükəli olduğunu başa düşüb və bundan düzgün nəticə çıxarıb:
"Əgər bu raket Londona 13 dəqiqəyə çata bilirsə, Berlinə 8 dəqiqəyə çatması mümkündür. Onlar bunu çox yaxşı anlamalıdırlar. Şolts və digər siyasətçilər düzgün nəticələr çıxarmalıdırlar. Onların planlaşdırdığı istənilən hərəkət qəbuledilməzdir", - deyə Çepa qeyd edib.
İqbal RZAYEV,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ