İnsanlara hürriyət, millətlərə istiqlal!

“Turan bəbiri” turnirinə qatılan komandamızın məşqçisi: “Yetirmələrim bəbir kimi çarpışacaqlar”

Oktyabrın 29-da Türküstandakı olimpiya mərkəzində ilk dəfə olaraq qazax milli güləşi üzrə turnirə, “Turan bəbiri” adlanan Asiya kuboku yarışlarına start veriləcək. İştirakçılar arasında türk dövlətlərinin təşkilatçı ölkələrindən - Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Macarstan, Qazaxıstan idmançıları ilə, Azərbaycan güləşçiləri də iştirak edəcək.

7 idmançıdan ibarət olan yığmamızın məşqçisi Xalid Abbasov yarışla bağlı hazırda Türküstanda olan əməkdaşımıza açıqlama verib.

Məşqçinin fikrincə, bu, elə yarışdır ki, mənəvi dəyəri başqa yarışlardan daha böyükdür: “Belə yarışlarda iştirak etməyin özü qələbə qazanmaq qədər vacib, qürurvericidir. Bununla belə, istənilən idmançı qatıldığı istənilən yarışda fəxri kürsüdə yer tutmaq, birinci olmaq, mükafat qazanmaq istəyir. İdmançılarımız da bu ovqatdadır”.

Rəqiblərinə gəlincə, X.Abbasov bu mövzuda “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov kimi təmkinli və təvazökar cavab verməyi üstün tutub: “Rəqiblərimiz güclüdür. Məsələn, qazaxlar və özbəklər. Bu, onların ənənəvi, çox sevdikləri güləş növüdür. Yaxşı komandaları, parlaq idmançıları var. Əgər o komandaların ikisi də eyni qrupa düşsə, işimiz bir az asanlaşacaq. Yox, ya özbəklərin, ya da qazaxların qrupunda yer alsaq, onları keçmək, ən azı 4:3 hesabı ilə qalib gəlmək üçün bizim idmançılar xeyli tər tökməli olacaqlar. Bu məsələdə çox optimist ola bilmirəm, amma pessimist də deyiləm. İnanıram ki, güləşçilərimiz tatami üzərində əsl bəbirlər kimi çarpışacaqlar. Heç macar idmançıları da gözardı etmək olmaz. Onların da yaxşı idmançıları var və qələbə üçün səy göstərirlər”.

677f1e74-9ad6-4566-a716-1df31835c526.jpg (101 KB)

Məşqçinin fikrincə, bir gündə 3-4 yarışa çıxmaq idmançıları çox yorur: “Kim daha yaxşı hazırlaşıb, mübarizə zamanı özünü əldən salmır, ustalıq göstərir və qələbə əzmi ilə çıxış edir, o qalib gəlir”.

photo_2022-10-27_20-39-21.jpg (111 KB)

                                         Rəqiblərin məşqindən etüd

Qeyd edək ki, turnir milli idman növünü inkişaf etdirmək və dəstəkləmək məqsədilə keçirilir. Bundan əlavə, “Turan bəbiri” gəncləri idmana cəlb etməyi, milli adət-ənənələrin qorunub saxlanmasını qarşıya əsas vəzifə kimi qoyur.

Tədbir Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi, Türküstan vilayətinin icra hakimiyyəti, həmçinin Qazax Güləşi Assosiasiyası və Qazax Güləşinə Dəstək və İnkişaf Fondu tərəfindən təşkil olunur.

Turnirin əsas tərəfdaşları NAC Samruk-Kazyna SC və Turizm və İdmana Dəstək və İnkişaf Fondudur.

860c4beb-cab3-4e71-8ee1-802d1430b31b.jpg (101 KB)

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR