İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Gəncəliyev: Qərb ölkələri islamofobiyanı yerli sakinlərə sırıyırlar

Qərb ölkələri islamofobiyanı yerli sakinlərə bir növ sırıyırlar.

Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransı zamanı panel müzakirəsində deyib.

Onun sözlərinə görə, islamofobiya və irqçilik bir-biri ilə əlaqəlidir:

"Məsələn, İsveçrədə 11 faiz ağdərili müsəlman əhali islamafobiyaya məruz qalır. İslamofobiya dünya ölkələrində getdikcə şaxələnir. Bu şaxələnmənin bir ucu da irqçiliyə gətirib çıxarır, insanlar arasında ədavət salır. Buna görə də müsəlman, xristian və yəhudilər birlik içində olmalı, birgə mübarizə aparmalıdırlar".

Deputat bildirib ki, hazırda bir sıra ölkələrdə müsəlmanlara qarşı nifrət və ədavət təbliğ edilir:

"Biz buna qarşı mübarizə aparmaq istəyiriksə, birinci özümüzdən başlamalıyıq. İlk olaraq maariflənməli, ibadətin və islamın gözəlliklərini, onun yaxşı tərəflərini təbliğ etməliyik". (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR