İnsanlara hürriyət, millətlərə istiqlal!

Trüdonun viral fotosu: Kanada baş naziri kreslosunu özü apardı

Kanadanın istefaya gedən baş naziri Castin Trüdonun parlamentdən çıxarkən kreslosunu özü daşıdığı görüntü sosial şəbəkələrdə sürətlə yayılıb.

Musavat.com xəbər verir ki, bu fotonu Reuters agentliyinin fotoqrafı çəkib.

Sosial şəbəkədə, xüsusən də X (Twitter) platformasında geniş yayılmış bu görüntü təkcə fotoqrafın səhifəsində 700 mindən çox baxış toplayıb. Bir çox media qurumları Trüdonun bu hərəkətinə xüsusi diqqət ayıraraq məqalələr dərc edib.

PM Justin Trudeau's hilarious House of Commons exit caught in viral photo:  'What a goofy legend'

Sosial media istifadəçiləri fotoya müxtəlif şərhlər yazıblar. Onlardan biri, Cres, Trüdonun üz ifadəsinə istinad edərək belə qeyd edib:

“Onun reaksiyası hər şeyi izah edir: ‘Nəhayət, normal həyata qayıdıram və təbiətdən zövq alıram’.”

Trüdonun bu görüntüsü istefa qərarının onun üçün bir yükdən azad olmaq mənasına gəldiyi barədə müzakirələrə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

11 Mart 2025

BÜTÜN XƏBƏRLƏR