İnsanlara hürriyət, millətlərə istiqlal!

Trass rəsmən baş nazir oldu

Böyük Britaniya kraliçası II Yelizaveta sentyabrın 6-da hakim Mühafizəkarlar Partiyasının yeni lideri Liz Trassı baş nazir təyin edib.

Liz Trass Britaniyada hökumətə 1979-1990-cı illərdə rəhbərlik etmiş Marqaret Tetçer və 2016-2019-cu illərdə rəhbərlik etmiş Tereza Meydən sonra üçüncü qadın baş nazirdir.

Novator.az bildirir ki, 1975-ci il təvəllüdlü Liz Trass 1996-cı ildən Mühafizəkarlar Partiyasının üzvüdür. Ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri, ədliyyə naziri, xarici ticarət naziri postlarını tutub. 2021-ci il sentyabrın 15-dən xarici işlər naziri idi.

Liz Trass sentyabrın 6-da Mühafizəkarlar Partiyasının lideri seçilib. Bu qurum ölkə parlamentinin alt qanadı olan İcmalar Palatasında çoxluqdadır.

2019-cu il iyulun 23-dən Mühafizəkarlar Partiyasının lideri, iyulun 24-dən baş nazir olan Boris Conson bu il iyulun 7-də istefa vermiş, ancaq yeni lider seçilənə qədər səlahiyyətlərini saxlamışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR