İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın xüsusi nümayəndəsinin avazı yaxşı gəlmir – Rusiya üçün

Ukrayna münaqişəsində “güc vasitəsilə sülh” əldə etmək lazımdır.

Bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən Ukrayna üzrə xüsusi nümayəndə təyin edilmişi Keyt Kelloq keçmiş Amerika lideri Ronald Reyqanın konsepsiyasına istinad edərək, X sosial şəbəkə hesabında yazıb.

“Prezident Tramp üçün işləmək mənim həyatımın imtiyazıdır. Mən ABŞ-ın maraqlarını müdafiə edərkən “güc vasitəsilə sülh”ün reallaşması istiqamətində işləməyi səbirsizliklə gözləyirəm”, - Kelloq bildirib.

“Güc vasitəsilə sülh” konsepsiyası Reyqanın xarici siyasətinin əsasını təşkil edirdi və Tramp öz xarici siyasət baxışını həyata keçirmək üçün bu konsepsiyanı qəbul edib.

Tramp Ukrayna üzrə xüsusi elçi vəzifəsinə general-leytenant Keyt Kelloqun namizədliyini irəli sürərkən deyib ki, Kelloq “dünyanı yenidən təhlükəsiz edə” biləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR