Onlayn ictimai-siyasi qəzet
Donald Tramp Ukrayna müharibəsini bitirmək və "qarşılıqlı faydalı razılaşma əldə etmək" üçün Arktikadan strateji vasitə kimi istifadə etməyi planlaşdıra bilər.
Musavat.com xəbər verir ki, bu barədə "Responsible Statecraft" nəşri məlumat yayıb.
Məlumatda bildirilir, Arktika Rusiya iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir. Ölkənin ÜDM-nin 10%-i və ixracatının 20%-i bu bölgədən əldə edilir.
Tramp Şimal Dəniz Yolundan əldə ediləcək gəlirin bir hissəsinin Ukraynanın bərpası üçün təzminat kimi istifadə olunmasını təklif edə bilər. Bu gəlirlər əsasən qərb şirkətləri tərəfindən qazanıla bilər.
Nəşr əlavə edir ki, bu yanaşma ABŞ, Kanada, Çin kimi ölkələri marşrutun inkişafına cəlb etməklə həm iqtisadi stimulları gücləndirəcək, həm də müharibənin sona çatmasına töhfə verə bilər.
Musavat.com
23 Dekabr 2024
22 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ