İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın seçilməsi dünya və ölkəmiz üçün hansı təsirlər yaradacaq?

"Donald Tramp proteksionizm siyasətinə sadiq qalaraq ABŞ sahibkarlarını qorumaq və ticarət balansında ciddi müsbət təsirlər əldə etmək üçün gömrük yığımlarının dərəcəsini məhsullardan asılı olaraq 15 faizdən 100 faizədək olan aralıqda artıracaq".

Bu fikirləri Musavat.com-a iqtisadçı Eldəniz Əmirov bildirib.

ELDENİZ YENİ.jpeg (56 KB)

O qeyd edib ki, məşğulluğun artırılması və sahibkarların dəstəklənməsi üçün vergi güzəştləri edəcək:

"Bunlar ABŞ-ın daxili siyasəti kimi görünsə də, Amerika bazarına çıxan ölkələr, o cümlədən Çin üçün ciddi problemə çevriləcək. Trampın birinci hədəfi Çindir. Amma bu, həm də ABŞ-ın özündə qiymətlərin yüksəlməsinə və inflyasiyanın artmasına səbəb olacaq. Təbii ki, bu da dünya üçün təsirsiz ötüşməyəcək.

ABŞ-dan kütləvi deportasiyalar mümkündür. Çünki Donald Tramp miqrasiya siyasətini sərtləşdirəcəyini bildirib. Hətta Tramp Amerikanı qlobal istixana qazı emissiyalarının azaldılması üçün çərçivə sənədi olan Paris Sazişindən çıxaracağını bildirib. Bu isə qlobal dünyanın yaşıl strategiyayasına ciddi təhdiddir. Böyük ehtimal ki, o, ənənəvi enerjiyə üstünlük verərək neft-qaz hasilatını artıracaq. Odur ki, neft qiymətlərində enişlər gözləmək olar. Bu isə neft hasil edən ölkələr, o cümlədən Azərbaycan üçün arzuolunan hal deyil".

İqtisadçı əlavə edib ki, Trampın Çini ticarət alətləri vasitəsilə sıxışdıracağı dəqiqdir:

"İrana qarşı sanksiyaları artıracağı da şübhəsizdir. Hətta yaxın Şərqlə bağlı İsraili dəstəkləyəcəyini də düşünürəm. Amma onun Ukrayna-Rusiya münaqişəsində tutacağı mövqe ilə bağlı bəzi narahatedici məqamlar var. Çünki Trampın Ukrayna-Rusiya münaqişəsində atacağı doğru olmayan addım qısa bir müddət sonra öz mənfi təsirini Cənubi Qafqazda göstərə bilər".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR