İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp HƏMAS-a çağırış etdi: “Müsbət cavab gözləyirəm, əks halda...”

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın onun təqdim etdiyi sülh planına müsbət cavab verəcəyinə ümid etdiyini bildirib.

Tramp bəyan edib ki, əgər təşkilat bu təşəbbüsü qəbul etməsə, İsrail Vaşinqtonun tam dəstəyinə arxalana bilər: “Biz sülh istəyirik. Ümid edirəm ki, HƏMAS müsbət cavab verəcək. Əks halda, İsrail ABŞ-ın tam dəstəyini görəcək”.

Prezident həmçinin vurğulayıb ki, ərəb və müsəlman ölkələri də sülh planı çərçivəsində HƏMAS-ı və Qəzzada fəaliyyət göstərən digər silahlı qrupları tərksilah etmək öhdəliyini üzərlərinə götürüblər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR