İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Qrenlandiya PLANI: ABŞ və Danimarka vacib görüşə HAZIRLAŞIR

Trampın Qrenlandiya ilə bağlı açıqlamaları fonunda Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bu həftə ABŞ Dövlət Katibi Marko Rubio ilə görüşməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb. 

Bildirilir ki, bu, ABŞ prezidenti Donald Trampın yenidən seçilməsindən sonra iki ölkə arasında yüksək səviyyəli ilk şəxsi diplomatik danışıqlar olacaq.

Rasmussen və Rubio cümə axşamı başlayacaq NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində Brüsseldə görüşməyi planlaşdırırlar.

Lakin qeyd edilir ki, Vaşinqton və Kopenhagen arasında yaranmış gərginlik səbəbindən görüş ləğv oluna bilər. Bundan əlavə, görüşün Danimarkanın baş naziri Mette Frederiksenin Qrenlandiyaya səfər etdiyi bir vaxtda keçirilməsi planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Aprel 2025

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR