İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan və Slovakiya Ukraynanı Avropa Komissiyasına ŞİKAYƏT ETDİ - SƏBƏB

Slovakiya və Macarıstan xarici işlər nazirləri Yuray Blanar və Peter Siyarto Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa birgə məktub göndəriblər.

Musavat.com xəbər verir ki, bu barədə “TASR” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, nazirlər məktubda Ukraynanın "Drujba" neft kəmərinə doqquz gün ərzində 3 dəfə zərbə endirdiyini bildiriblər.

Onların sözlərinə görə, bu səbəbdən Slovakiya və Macarıstana neft tədarükü dayandırılıb.

Nazirlər Avropa Komissiyasını Aİ-yə üzv dövlətlərin enerji təchizatının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərinə dərhal əməl olunmasını təmin etməyə çağırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR