Onlayn ictimai-siyasi qəzet
Trampın Netanyahudan Qəzza tələbi: Razılaşma üçün inaqurasıya tarixi hədəf qoyulub
ABŞ-ın gələcək administrasiyası Yaxın Şərqdə sülh əldə etmək üçün İsraildən Qəzza ilə razılaşma bağlamasını tələb edir.
"Axios"un İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff şənbə günü İsrailin baş naziri Benyamin Netanyahuyla görüşərək, bu məsələni Tramp administrasiyasının əsas prioritetlərindən biri kimi vurğulayıb.
"Trampın məqsədi, 20 yanvar – prezidentin vəzifəyə başlaması gününə qədər razılaşma əldə olunmasıdır", – məlumatda qeyd olunur.
İsrail tərəfi məsələnin həssaslığı və Tramp administrasiyasının Yaxın Şərqdə sülh səylərinə yönələn fəallığı ilə bağlı əlavə şərh verməkdən çəkinib.
Musavat.com
26 Aprel 2025
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ