İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın müşaviri Hikmət Hacıyevlə nələrdən danışıb? Uolts özü açıqladı

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında təmas olub.

Musavat.com xəbər verir ki, "X" hesabında paylaşım edən Uolts Cənubi Qafqazda münaqişəyə son qoyulması gərəkdiyini bildirib.

“Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsi ilə bağlı razılıq əldə etməsindən məmnunuq. Mən ona bildirdim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işləməyi dayandırmayacağıq" - deyə Uolts paylaşımında yazıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR