İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın müşaviri: Sülh planı realist yanaşma tələb edir

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts, Ukraynanın əraziləri ilə bağlı ABŞ-ın mümkün sülh planını şərh edib.

Musavat.com-un məlumatına görə, jurnalist Uoltsdan, Ukraynanın NATO-ya üzv olmaması, bəzi ərazilərinin, məsələn, Donbasın, Rusiyanın nəzarətinə keçməsi və ABŞ-ın və bəlkə də Avropa qoşunlarının ölkədə olması ilə bağlı mümkün sülh planı barədə soruşub.

Uolts, belə danışıqların artıq 2022-ci ildən və daha əvvəlki illərdən etibarən aparıldığını bildirib. O, bu təklifin əsas məqsədinin Ukraynanın gələcək təhlükəsizlik zəmanətləri və statusu olduğunu vurğulayıb və qeyd edib ki, Ukraynanın daimi NATO üzvlüyü çox az ehtimal olunur. Bu, yalnız ABŞ-ın deyil, bir sıra digər ölkələrin də mövqeyidir.

Müşavir həmçinin, ABŞ-ın hazırda Ukrayna və Rusiya ilə danışıqlar apardığını və hər iki tərəfi müzakirələr masasına oturtmağa çalışdıqlarını bildirib. O, “şuttle diplomatiyası” yolu ilə müharibəni dayandırmağı və qətlləri sona çatdırmağı hədəflədiklərini qeyd edib.

Ukraynanın əraziləri ilə bağlı suala cavab verən Uolts, məsələnin "realistlik" və ABŞ-ın milli maraqları baxımından qiymətləndirilməli olduğunu söyləyib. O, belə bir sülh müqaviləsinin Donbas və işğal altındakı Krımın Rusiyaya verilməsi ilə nəticələnib-də nəticələnməyəcəyini düşünərkən, belə bir müharibənin bitməsinin və dünya müharibəsinə çevrilməməsinin vacibliyini vurğulayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR