İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada F-35 qırıcılarının alınmasını yenidən nəzərdən keçirir

Kanada ABŞ istehsalı olan F-35 qırıcılarının alınmasını yenidən gözdən keçirir və alternativ variantları araşdırır.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Bill Bler açıqlama verib.

Kanadalılar arasında 19 milyard dollar dəyərində olan bu alışın ləğvi və ABŞ-dan asılı olmayan alternativlərin tapılması ilə bağlı artan dəstək müşahidə olunur.

Hazırda Kanada artıq 16 ədəd F-35 üçün ilkin ödəniş edib və onların ilk partiyası gələn ilin əvvəlində təhvil veriləcək. Lakin müdafiə naziri Bill Bler bəyan edib ki, ilk təyyarələr qəbul olunsa da, digər hissə Avropadan, xüsusilə İsveç istehsalı olan Saab Gripen kimi qırıcılarla əvəz edilə bilər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR